spot_img
Ana səhifəGÜNDƏMİraqda doqquz yaşlı qızlarla dini nikaha icazə verildi

İraqda doqquz yaşlı qızlarla dini nikaha icazə verildi

spot_img

İraqda uşaq evliliyi qanuniləşib.

Maya.news xarici KİV-ə istinadən xəbər verir ki, ölkə parlamenti uşaq evliliyinin qanuniliyi ilə bağlı qanun dəyişikliklərini qəbul edib.

İraqda evlənmək üçün minimum yaşın 18 olmasına baxmayaraq yeni dəyişikliklərə əsasən din xadimləri “öz İslam qanunlarına uyğun” qərarlar vermək səlahiyyətinə malikdirlər.

Bəzi din xadimləri isə hesab edirlər ki, qızlar “erkən yaşlarda”, hətta 9 yaşında ərə gedə bilərlər.

Qeyd edək ki, BMT-nin 2024-cü il üçün açıqladığı statistikaya görə, İraqda qadınların təxminən 28%-i hələ yetkinlik yaşına çatmadan evləndirilir.