Yaponiya insan və heyvan hüceyrələrinin birləşdirildiyi mələz embrion tədqiqatlarına icazə verən ilk ölkələrdən biri oldu.
Maya.news xəbər verir ki, bu qərar orqan transplantasiyası üçün insan orqanlarının heyvanlar üzərində yetişdirilməsini hədəfləyir.
Yaponiyada alimlər kök hüceyrə texnologiyaları vasitəsilə insan hüceyrələrinin heyvan embrionlarına yerləşdirilməsi üzərində intensiv tədqiqatlar aparırlar.
Bu qərar tibb sahəsində inqilab kimi qiymətləndirilsə də, etik məsələlər çərçivəsində geniş müzakirələrə səbəb olub.
Bəzi alimlər insan hüceyrələrinin heyvanların beyninə təsir göstərə biləcəyini və bunun gözlənilməz nəticələrə yol aça biləcəyini iddia edirlər.