Tarixdə bir çox yemək öz mucidlərinin adını daşıyır.
Maya.news insan adı ilə adlandırılan ən məşhur 4 yeməyi təqdim edir:
1. Tarte Tatin
Fransız mənşəli bu desert 1880-ci ildə Stefani Tatin tərəfindən təsadüfən hazırlanıb. O, almalı piroq hazırlayarkən bu məşhur desert ortaya çıxıb.

2. Alfredo Fettuccine
1908-ci ildə İtaliyalı aşpaz Alfredo Di Lelio həyat yoldaşının doğuşdan sonra gücünü bərpa etməsi üçün bol kərə yağı, parmesan pendiri və fettuccine makaronundan ibarət yemək hazırlayır. Yemək böyük maraqla qarşılanır və cütlüyün işlədiyi restoranın menyusuna daxil edilir.

3. Sezar Salatı
Sezar salatı İtaliyadan ABŞ-yə köç edən Caesar Cardini tərəfindən icad edilib. Bu salat ilk dəfə təqdim edildiyi gündən etibarən mucidinin adını daşıyır.

4. İskəndər Kebabı
Türkiyənin Bursa şəhərindən olan İskəndər Efendi 19-cu əsrdə quzu ətini nazik dilimləyərək daha tez bişirmək ideyasını həyata keçirir. İlk olaraq “Dönər Kabab” kimi tanınan bu yemək daha sonra onun adı ilə “İskəndər” adlandırılır.
