ABŞ Prezidenti Donald Trampın qərarı ilə 709 Azərbaycan vətəndaşı ABŞ-dən deportasiya olunacaq.
Maya.news xəbər verir ki, ABŞ İmmiqrasiya İdarəsi 1,5 milyon deportasiya olunacaq miqrantın siyahısını dərc edib.
Siyahıda 709 Azərbaycan vətəndaşı ilə yanaşı, 3103 Türkiyə, 3518 Rusiya, 2808 Ermənistan və 1862 Ukrayna vətəndaşının da adı var.
Deportasiya ediləcək miqrantlar arasında əsas üstünlüyü isə Honduras, Qvatemala, Meksika və El Salvador vətəndaşları təşkil edir.
ABŞ İmmiqrasiya İdarəsi adı siyahıya düşən şəxslərin saxlanılaraq ölkədən deportasiya ediləcəyini bildirib.
Bu addım Trampın Prezident səlahiyyətlərini icra etməyə başladığı dövrdən sonra ABŞ-də qanunsuz yaşayan miqrantlarla bağlı qaydaların daha da sərtləşdiyini göstərir.
Qeyd edək ki, Donald Tramp administrasiyasının sərt immiqrasiya siyasəti, xüsusilə qanunsuz miqrantların deportasiyasına yönəlmiş tədbirlər son günlərdə daha da artıb.