ABŞ-də yaşayan Kinah adlı qadın tualet kağızı yemə asılılığından əziyyət çəkir.
Maya.news xəbər verir ki, o, gündə 4 rulon tualet kağızı yeyir və il ərzində onlara 2700 dollar xərcləyir.
Kinah səhər yuxudan oyanan kimi tualet kağızı yeməyə başlayır.
Daha sonra gün boyu- evdə, işdə, avtomobildə, tualetdə, gözəllik salonunda bir sözlə hər yerdə tualet kağızı yeməyə davam edir.
O, tualet kağızı yeməyin çörək yemək qədər dadlı və kalorisiz olduğu deyir.
20 ildir ki, tualet kağızı asılılığına yoluxan Kinah iki qatlı tualet kağızlarını tək qatlılardan daha üstün tutur.