Ağaran saçları qopardıqda əvəzinə daha çox ağ saçın çıxması əksər insanın inandığı bir deyimdir. Bəs bu həqiqətdir?
Maya.news xəbər verir ki, mütəxəssislər ağ saçları qoparmamağı tövsiyə edirlər.
Ancaq bunun səbəbi qoparılan ağ saçın yerinə daha çox ağ saçın çıxması deyil. Çünki belə bir hal baş vermir.
Hər bir ağ saç çıxarıldığı zaman saç teli ilə bərabər saçın kökü, yəni follikulu da çıxmış olur. Bu isə saçın strukturuna böyük zərər verir.
Belə ki, saç kökünü çıxardıqda dərinin həmin nahiyəsində kiçik dəliklər yaranır. Daha sonra isə bu dəliklərə yağ və kəpək dolaraq digər saç tellərinin sağlam inkişafına mane olur.