spot_img
Ana səhifəGÖZƏLLİKÜZ VƏ DƏRİ BAXIMIBuz vannası zərərli yoxsa faydalı?

Buz vannası zərərli yoxsa faydalı?

spot_img

Buz vannası hazırda trend olan fəaliyyətlərdən biridir. Çox insan onun bədən üçün faydalı olduğuna inanır. Bəs həqiqətən buz vannası orqanizm üçün faydalıdır?

Maya.news xəbər verir ki, buz vannasının faydaları ilə yanaşı yan təsirləri də mövcuddur. Gəlin əvvəlcə faydalarına nəzər yetirək.

Aparılan müxtəlif tədqiqatlar idmandan sonra buz vannası qəbul etməyin əzələ ağrılarını azaltmaqda effektiv olduğunu üzə çıxarıb.

Həmçinin müxtəlif dərəcəli yaralanmalardan sonra da buz vannası qəbul etmək olar. O damarları daraldır, ağrı hissini azaldır və iltihablanmanın qarşısını alır.

Buz vannası qəbul edənlər arasında qadınlar üstünlük təşkil edir. Bunun isə əsas səbəbi bu vanna növünün dərini canlandırmasıdır. Soyuq su terapiyası dəridəki qırışların sayını və şişkinlikləri azaldır.

Yan təsirlərinə gəldikdə isə, o orqanizmin şok keçirməsinə və hipotermiyaya səbəb ola bilər. -60 dərəcə temperaturlu suya qəfil daxil olmaq ürək döyüntüsünün sayını və təzyiqi artırır ki, bu vəziyyətə insan dərin suda düşsə, şok effekti ölümlə də nəticənə bilər.

Son olaraq qeyd edək ki, mütəxəssislər həftədə bir neçə dəfə buz vannası qəbul etməkdə problem görmürlər. Ancaq vanna qəbul edərkən mütləq yanınızda bir nəfər olmalıdır. Həmçinin vannadan sonra bədəninizi əvvəlki temperatura qaytarmağa xüsusi diqqət etməlisiniz.