spot_img
Ana səhifəGÜNDƏMBİZNESXaricə gedərkən nə qədər valyuta apara bilərik?

Xaricə gedərkən nə qədər valyuta apara bilərik?

spot_img

Səyahətə gedənlərin demək olar ki, hamısı üzərində müəyyən məbləğdə vəsaiti ölkədən çıxarmalı olur. Vətəndaş ölkədən istədiyi qədər pul çıxara bilməz. Bu, ölkəyə gətirilən pullara da aiddir. 

Maya.news mövzu ilə əlaqədar suallara cavabı Dövlət Gömrük Komitəsinin əməkdaşı Vasif Qurbanovdan öyrənib. Onun sözlərinə görə, milli valyutanın nağd şəkildə ölkədən çıxarılması və gətirilməsi Nazirlər Kabinetinin 2018-ci il 10 oktyabr tarixli 434 nömrəli qərarı ilə təsdiqlənib:

“Fiziki şəxslər tərəfindən milli valyutanın gömrükdən keçirilməsi 20 000 manat məbləği müəyyən olunub ki, bu məbləğdən artıq milli valyuta gömrük sərhəddindən keçirilərkən yazılı qaydada gömrük orqanlarına bəyan olunmalıdır. 20 000 manatdan aşağı olduqda isə bu məbləğ təbii ki, şifahi qaydada gömrük orqanlarına bəyan edilməklə onların gömrükdən keçirilməsi həyata keçirilə bilər.”

Mütəxəssia xarici valyutanın ölkədən çıxarılması qaydasından da danışıb:

“Rezidentlər və qeyri-rezidentlər tərəfindən 10 000 ABŞ dolları ekvivalenti məbləğində xarici valyutanın və xarici valyutada qiymətli kağızların ölkə ərazisindən çıxarılması zamanı gömrük orqanlarına şifahi qaydada bəyan edilməklə icazə verilir.”

Odur ki, Azərbaycandan kənara çıxan şəxslər özləri ilə müəyyən məbləğdə valyuta apararkən, qanunla tənzimlənən qaydalara riaət etsələr, səfərləri əsanasında çətinliklər yaşamazlar