Hər bürcün özünəxas xüsusiyyətləri və sevgi səhvləri var.
Maya.news bürclərin sevgidə ən çox etdikləri səhvləri təqdim edir:
Qoç bürcü
Münasibət zamanı bir-birləri ilə çox vaxt keçirməyə çalışırlar ki, bu da adiləşməyə və monotonluğa səbəb olur.
Buğa bürcü
İnadkar olduqları üçün ünsiyyət qurmaqda çətinlik çəkirlər. Həmçinin onların qısqanclıqları da partnyorlarını xoşbəxt etmir.
Əkizlər bürcü
Əhvalları tez-tez dəyişir. Bu xüsusiyyət onların münasibətinə mənfi təsir göstərir.
Xərçəng bürcü
Emosiyalarının çoxluğu qarşı tərəfin sıxılmasına və uzaqlaşmasına səbəb olur.
Şir bürcü
Liderlik etməyi sevirlər. Ancaq qarşı tərəf tabe olmaq istəmədikdə, problem yaranır.
Qız bürcü
Həddən artıq düşünmək və hər şeyi yaxşılaşdırmağa çalışmaq isə qız bürcünün münasibətlərini korlayır.
Tərəzi bürcü
Çox güzəştə getmək isə tərəzilərin əsas problemidir.
Əqrəb bürcü
Həddən artıq romantikliyi də bəzən qarşı tərəfə yük olur.
Oxatan bürcü
Problemlərini danışmaqdan çəkinirlər. Bu isə münasibətlərin çətin inkişaf etməsinə səbəb olur.
Oğlaq bürcü
Tez-tez bədbin əhval-ruhiyyəyə düşməsi qarşı tərəfə mənfi təsir göstərir.
Dolça bürcü
İdarə etməyi sevirlər. Ancaq bəzən hər şeyi öz axışına buraxmaq lazımdır.
Balıq bürcü
Xəyalpərəst fikirləri münasibətlərdə yaranan problemlərin öhdəsindən gəlməyə mane olur.