Pişiklərin insanları yalaması sadə bir hərəkət kimi görünə bilər, ancaq onun arxasında böyük bir məna var.
Maya.news xəbər verir ki, bir insanı yalamaq pişiklərin sevgilərini göstərmə üsullarından biridir.
Belə ki, doğulduqları andan etibarən anası tərəfindən yalanan pişiklər bu hərəkəti həm baxım, həm də sevgi göstərmə fəaliyyəti kimi öyrənirlər.
Pişiklər insanları yaladıqda isə analarından öyrəndikləri hissi yenidən yaşayır və paylaşırlar.
Bir sözlə pişiyin insanı yalaması onun dilində “sən mənim ailəmsən” mənasını verir.