Bakıda yerləşən 210 nömrəli tam orta məktəbin şagirdlərinə qeyri-adi kağız paylanılıb.
Maya.news xəbər verir ki, kağız üzərində bir oyunun logosu və mobil nömrə olub.
Bu barədə Nurlan Mirəli adlı şəxs “Facebook” hesabında paylaşım edib:
“Bu gün 5-ci sinifdə oxuyan qızıma və onun sinif yoldaşlarına, böyük siniflərdən iki qız uşağı yaxınlaşaraq belə bir vərəq veriblər. Vərəqin bir üzünə mobil nömrə qoyulub, digər üzündə isə bir oyunun loqosu əks olunub. Və rusca “mənə yaz” sözləri yazılıb. Bu oyunu “Google” üzərində araşdırdım, dünyada geniş yayılıb və uşaqlar arasında intihar edənlər belə olub. Nömrəyə bir neçə dəfə zəng vurduq, səsimizi eşidib söndürürlər”.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev məktəbliyə verilən naməlum qrafalı vərəqə ilə bağlı araşdırma aparıldığını bildirib.