spot_img
Ana səhifəGÜNDƏMXƏBƏRLƏREnerji içkisi içən qadın ard-arda 4 dəfə infarkt keçirdi

Enerji içkisi içən qadın ard-arda 4 dəfə infarkt keçirdi

spot_img

ABŞ-də 20 yaşlı qadın enerji içkisi içdikdən sonra ardıcıl 4 dəfə infarkt keçirib.

Maya.news xəbər verir ki, Jazmin Qarza adlı enerji içkisini idmana başlamazdan əvvəl içib.

Bundan sonra halı pisləşib, nəfəs darlığı yaşamağa başlayıb və özündən gedib.

Sevgilisinin ürək masajı etməsilə ölümdən qurtulan Jazmin xəstəxanaya çatdırılıb və 4 dəfə ard-arda infarkt keçirdiyi məlum olub.

Həmçinin Jazminin böyrəkləri və mədəsi də funksionallığını itirib.

Onun vəziyyəti yalnız 2 həftə davam edən müalicədən sonra normallaşıb.

Jazminin xəstəxanalıq olmasının əsas səbəbi dəqiq bilinməsə də, mütəxəssislər enerji içkilərinin həddən artıq içilməməsi ilə bağlı xəbərdarlıq edirlər.