spot_img
Ana səhifəGÜNDƏMMƏŞHURLARSaçını boyamaq istəyən Yıldız Tilbenin üzündə yanıq izləri yaranıb

Saçını boyamaq istəyən Yıldız Tilbenin üzündə yanıq izləri yaranıb

spot_img

Türkiyəli məşhur müğənni Yıldız Tilbenin saç boyama arzusu üzündə yanıq izlərinin yaranması ilə nəticələnib.

Maya.news xəbər verir ki, müğənni yanıq izlərinin aydın şəkildə göründüyü fotoları sosial media hesabında paylaşıb.

O, “Bir daha saçıma boya sürməyəcəm. Kimyəvi yanmaya məruz qaldım” şərhini yazıb.

Qeyd edək ki, saç boyaları səbəbindən dəridə yanıq izlərinin yaranmasına son dövrlərdə tez-tez rast gəlinir.

Boyaların tərkibində yüksək miqdarda oksidləşdirici maddələr olur.

Bu oksidləşdirici maddələr isə saç dərisi tərəfindən sürətli şəkildə əmilir və insan həyatı üçün təhlükəli allergik reaksiyalar yaradır.

Bu allergik reaksiyalar səbəbindən həyatını itirən şəxslər də olub.

Yıldız Tilbe saç boyası
Yıldız Tilbe yanıqlar