Türkiyəli mərhum müğənni Ferdi Tayfur mirasını dövlət qurumlarına bağışlayıb.
Maya.news xəbər verir ki, siyahıda Türkiyə Silahlı Qüvvələri, Darüşşafaka Vəqfi və LÖSEV-in adı var.
Miras siyahısında müğənninin qızı Tuğçe Tayfurun adı isə yoxdur.
Vəsiyyətnamədə adı olmayan Tuğçe Tayfur sözügedən vəsiyyətin atasına məxsus olmadığını və digər ailə üzvlərinin atasının maddi varlığına sahib çıxdığını iddia edib.
O, hətta atasından qalan miras üzərində qəyyumluq tələbi ilə məhkəmədə iddia da qaldırıb.
Qeyd edək ki, müğənni Ferdi Tayfurla qızı Tuğçe Tayfurun uzun müddət idi ki, küsülü olduğu deyilirdi.