Şimali Koreya dünyanın ən qapalı ölkələrindən biridir.
Maya.news bu məqalədə Şimali Koreya vətəndaşlarının üzləşdiyi qeyri-adi qadağaları təqdim edir:
Şəhərlərarası səyahət
Ölkə daxilində bir şəhərdən başqa bir şəhərə səfər etmək üçün səbəb göstərilməklə dövlət qurumlarından xüsusi icazə alınmalıdır.

İnternet
Adi şimali koreyalının qlobal internet şəbəkəsinə çıxış imkanı yoxdur. İnsanlar ancaq “Kvanqmyonq” adlı yerli internet xidməti vasitəsilə senzuradan keçmiş məlumatlarla tanış ola bilərlər.

Cins şalvar
Qərb məhsulu olduğu üçün xoş qarşılanmır. Hazırda bu qadağa böyük şəhərlərdə nisbətən yumşaq tətbiq olunur.

Boşanmaq
Boşanan şəxslər müəyyən müddətlik məcburi əmək düşərgələrinə sürgün olunurlar.

Hot-doq yemək və ya hazırlamaq
Qərb məhsulu olduğu üçün hot-doq hazırlamaq və ya yemək məcburi əmək düşərgəsinə sürgün olunmaq üçün səbəbdir.

Kim Çen İrin vəfat günündə gülümsəmək
Keçmiş prezident, hazırkı prezident Kim Çen İnin atası Kim Çen İrin vəfat il dönümü günü gülmək və ya gülümsəmək qadağandır.

Saç kəsim tərzləri
İnsanlar saçlarını istədikləri tərzdə kəsdirə bilməzlər. Dövlət tərəfindən icazə verilən xüsusi kəsim stilləri var. Bunlardan əsası isə ölkə başçısının saç kəsim tərzidir.

Xarici ölkəyə səyahət
Şimali Koreya vətəndaşları ölkələrini ancaq dövlətin icazəsi ilə xüsusi missiya üçün tərk edə bilərlər. Səyahət zamanı onlar üzərində ciddi nəzarət tədbirləri görülür.
