spot_img
Ana səhifəGÜNDƏMXƏBƏRLƏRGürcüstanda insan yumurta hüceyrəsi ticarəti ilə məşğul olan dəstə aşkarlanıb

Gürcüstanda insan yumurta hüceyrəsi ticarəti ilə məşğul olan dəstə aşkarlanıb

spot_img

Gürcüstanda insan yumurta hüceyrəsi ticarəti ilə məşğul olan “yumurta mafiyası” aşkarlanıb.

Maya.news xəbər verir ki, dəstənin 100 taylandlı qadını əsir saxladığı bildirilir.

“Yumurta mafiyası” yüksək gəlir vəd edərək saxta daşıyıcı ana elanları ilə qadınları cəlb edib.

Taylandlı qadınların viza prosedurları asanlıqla həll edilib və onlar Gürcüstana gətirilib.

Burada qadınlar 4 böyük evdə qapalı saxlanılıblar.

Onlara ayda bir dəfə hormon inyeksiya edilib və yumurta hüceyrələri götürülüb.

Daha sonra isə yumurta hüceyrələr dünyanın müxtəlif ölkələrindəki insanlara satılıb.

Cinayətkar dəstənin əlindən xilas olmaq istəyən qadınlardan isə yüksək miqdarda pul tələb edilib.

Pul ödəyən qadınlar sərbəst buraxılıb, ödəyə bilməyənlər isə saxlanılmağa davam edib.

Cinayətkar dəstə Taylandda fəaliyyət göstərən bir qrup humanitar təşkilatın apardığı araşdırma nəticəsində aşkara çıxarılıb.