Makiyaj gözləri vurğulamağın və onların təbii gözəlliyini ön plana çıxarmağın ən yaxşı yollarından biridir.
Maya.news fərqli göz rənglərinə uyğun makiyaj tərzlərini təqdim edir:
Qəhvəyi gözlər
Təbii göz rəngi olduğuna görə bu göz rənginə sahib insanlarda göz kölgəsi diapazonu olduqca genişdir. Torpaq tonları, sürməyi kimi tünd rənglər, həmçinin şampan və bej kimi çalarlar qəhvəyi gözlər üçün ən idealıdır. Bir az daha diqqət çəkmək üçün gözləri kömür qarası rəngdə göz layneri ilə çərçivələmək olar.
Mavi gözlər
Mavi gözlər artıq olduqca cəlbedici olduğundan, müxtəlif rənglərlə qarışıqlıq yaratmağa ehtiyac yoxdur. Buna görə də mavi gözlərlə ziddiyyət yaradacaq portağal və qızılı rəngli makiyajdan istifadə edə bilərsiniz Tamamlayıcı makiyaj üçün isə mavi və yasəmən rəngləri idealdır. Çox tünd rənglər tövsiyə edilmir.
Yaşıl gözlər
Yaşıl gözlər üçün də kontrast yaradan və ya tamamlayan rənglərdən istifadə etmək lazımdır. Tamamlayıcı olaraq torpaq tonlarından istifadə edə bilərsiniz, lakin çox tünd rənglərdən istifadə etməməyə diqqət edin. Bundan əlavə, bənövşəyi, gavalı və çəhrayı rənglər düzgün istifadə edildikdə gözəl kontrast yaradacaq.
Fındıq rəngi gözlər
Bu gözlər digər göz rəngləri ilə müqayisədə həm qəhvəyi, həm də yaşıl gözlərə bənzədiyi üçün rəng baxımından bir az daha üstündür. Xüsusilə qızılı rənglər və mis tonları bu gözlər üçün çox gözəl nəticələr əldə etməyə kömək edəcək. Həmçinin tünd yaşıl, qəhvəyi və qara göz layneri istifadə edə bilərsiniz.