Çin özünəxas memarlıq üslubu olan ölkələrdən biridir.
Çin özünəxas memarlıq üslubu olan ölkələrdən biridir. Ancaq buna baxmayaraq ölkədə müxtəlif Avropa şəhərlərinin “copy & paste” versiyaları da inşa olunub.
Maya.news Avropa şəhərlərinə ən çox bənzədilən 4 Çin şəhərini təqdim edir
1. Tianducheng – Parisin Çin versiyası
Hançjou şəhərində yerləşən Tianducheng 100 metr hündürlüyündəki Eyfel qülləsi və Paris üslublu binaları ilə Fransanın paytaxtına bənzədilib.

2. Tianjin – Florensiyanın Çin versiyası
Tianjin şəhərində yerləşən “Florensiya şəhərciyi” İtaliyanın məşhur Florensiya şəhərinə bənzəyir. Burada İtaliya üslublu körpülər, heykəllər və meydanlar var.

3. Dalian – Venesiyanın Çin versiyası
Dalian şəhərində inşa edilən süni kanallar və qondolalar bura səfər edən turistlərə sanki Venesiyada olduqları hissini yaşadır.

4. Huizhou – Hallstattın Çin versiyası
Avstriyanın məşhur Hallstatt kəndinin bir surəti Huizhou şəhərində inşa olunub. Alp üslublu evlər və sakit göl mənzərəsi ilə bura Avstriyanın kiçik bir parçası kimi görünür.
