Braziliyalı cütlük 84 il 77 gün evli qalmaqla dünyanın ən uzunömürlü evlilik rekordunu qırıb.
Maya.news xəbər verir ki, söhbət 105 yaşlı Manoel Anjelim Dino və 101 yaşlı Mariya de Souza Dino cütlüyündən gedir.
“Ginnesin Rekordlar Kitabı”na düşən Manoel və Mariya 1936-cı ildə tanış olub, 1940-cı ildə isə evləniblər.
Cütlüyün 13 övladı olub.
Hazırda onların 55 nəvə, 54 nəticə və 12 kötücəsi var.
Manoel və Mariya cütlüyü bu gün yaşayan ən uzunömürl evli cütlük olsalar da, mütləq rekord kanadalı cütlüyə aiddir.
Belə ki, Devid Ceykob Hiller və Sara Devi Hiller 1898-ci ildə Saranın ölümünə qədər 88 il 349 gün evli olublar.