Son aparılan tədqiqatlar ailədə tək olan uşaqların daha xoşbəxt olduqlarını üzə çıxarıb.
Maya.news xəbər verir ki, bu barədə “Economic and Social Research Council” dərgisində məqalə dərc edilib.
Tədqiat İngiltərədə ailələr üzərində həyata keçirilən “Understanding Society” layihəsi tərəfindən aparılıb.
Layihə çərçivəsində 40 000 ailə şəcərəsindən seçilən 100 000 insanın həyatı incələnib.
Tədqiqatçıların sözlərinə görə, ailədə bacı-qardaş sayı nə qədər az olarsa, fərdlər bir o qədər xoşbəxt olurlar.
Onların fikrincə valideyn sevgisi uğrunda rəqabət, əşyaların paylaşılmaması kimi faktorlar uşaqlara mənfi təsir göstərir.