spot_img
Ana səhifəMAYA+Qar haqqında az bilinən məlumatlar

Qar haqqında az bilinən məlumatlar

spot_img

Artıq ikinci gündür ki, Bakı da daxil olmaqla ölkəmizin müxtəlif yerlərinə qar yağır.

Maya.news bu maraqlı təbiət hadisəsi ilə bağlı bir sıra maraqlı məlumatları təqdim edir:

Niyə hüzur verir?
Qar hissəcikləri səsləri udur. Bu səbəbdən qar yağanda ətrafda səssizlik və hüzur olur.

Chionophobia
Qarı sevən insanlar kimi qardan qorxan insanlar da var. “Chionophobia”dan əziyyət çəkən insanlar qar gördükdə panik atak keçirirlər.

Qar ağ deyil
Qar kristalları ağ rəngdə deyil, şəffafdırlar. İşığı tamamilə əks etdirdiyinə görə biz qarı ağ rəngdə görürük.

Arktik isteriya
Qarlı havada həddindən artıq vaxt keçirən insanlarda artktik isteriya (piblokto) psixotik sindromu yaranır. Bu insanlar əlaqəsiz söhbətlər edir, çığırır və yaddaşlarını itirirlər.

Marsda da qar yağır
Marsda da Yerdəki kimi buz kristalları müşahidə edilib.