Heyvanlar aləminin ən sadiq nümayəndələrindən hesab olunan pinqvinlərin də insanlar kimi boşandığı məlum olub.
Maya.news xəbər verir ki, bu barədə Monaş Universitetinin tədqiqatçıları Avstraliyanın Filip adasında yaşayan kiçik pinqvinlər üzərində araşdırma aparıblar.
Alimlər dünyada sayı təxminən 1 milyon olan kiçik pinqvin növündəki boşanma nisbətinin insanlarla müqayisədə daha yüksək olduğunu bildiriblər.
Tədqiqatçılar 12 nəsil artırma müddəti ərzində 1 000 pinqvinin həyatını izləyiblər.
Onlar pinqvinlər arasında 250 ayrılıq faktı müəyyənləşdiriblər.
Kiçik pinqvinlərdə boşanma göstəricisinin 50%-ə qədər arta biləcəyi qeyd olunub.
Mütəxəssislərin fikrincə pinqvinlər uğursuz keçən nəsil artırma dövründən sonra partnyorlarını dəyişdirirlər.