Dünyanın ən yaşlı qadın bərbəri Yaponiyada yaşayan 108 yaşlı Sitsui Hakoisidir.
Maya.news xəbər verir ki, onun bu titulunu “LongeviQuest” şirkəti təsdiqləyib.
Ginnesin Rekordlar Kitabına düşən Sitsuinin salonu Yaponiyanın Totigi prefekturasında yerləşir.
O, 1916-cı ildə anadan olub, 1934-cü ildə 18 yaşında isə bərbərliyə başlayıb.