“Yeşilçam”ın məşhur aktrisalarından olan “Çalıquşu”nun ulduzu Aydan Şener yeni layihə ilə ekranlara qayıdır.
Maya.news xəbər verir ki, aktrisa “TYT Türk” kanalında “Aydan Şener ile hafta sonu keyfi” adlı proqramı təqdim edəcək.
Qeyd edək ki, Aydan Şener kariyerası ərzində “Çalıquşu”, “Mühürlü Güller”, “Küçük Ağa”, “Fikrimin İnce Gülü”, “İki Kızkardeş”, “Gül ve Diken”, “Ay Işığında Saklıdır” kimi bir çox məşhur layihələrdə rol alıb.
O, bir neçə ay əvvəl böyrək daşı səbəbindən əməliyyat olunub.
Hazırda aktrisanın səhhətinin yaxşı olduğu bildirilir.