Son aparılan tədqiqatlar çox söyüş söyməyin və dağınıq olmağın zəka ilə əlaqəli olduğunu üzə çıxarıb.
Maya.news xəbər verir ki, bu barədə ABŞ-də yerləşən Minnesota Universitetində araşdırma aparılıb.
“Psychological Science” dərgisində yayımlanan məqaləyə görə, ağıllı insanlar iş gördükləri sahəni dağınıq saxlayırlar. Çünki təmizliyə ayıracaqları zamanı, daha vacib işlərə sərf edirlər. Həmçinin bu insanlar dağınıq məkanlarda daha yaradıcı olurlar.
Eyni zamanda, aparılan tədqiqat bir dəqiqə içində ən çox vulqar söz deyə bilən insanların IQ testlərində ən yaxşı nəticə göstərdiyini üzə çıxarıb.