spot_img
Ana səhifəGÜNDƏMTEXNOLOGİYA100 km məsafədən insan üzünü çəkə bilən kamera hazırlanıb

100 km məsafədən insan üzünü çəkə bilən kamera hazırlanıb

spot_img

Çin 100 km məsafədən insan üzünü çəkə bilən kamera hazırladığını açıqlayıb.

Maya.news “China Post”a istinadla xəbər verir ki, kamera Çin Elmlər Akademiyası tabeliyində olan Aeronavtika və Kosmik İnformasiya Tədqiqatı İnstitutu tərəfindən hazırlanıb.

O 100 km məsafədən əşyaları millimetr səviyyəsində aydın görməyə imkan verir.

Əşyalara olan məsafəni isə cəmi 15,6 millimetrlik xəta payıyla ölçür.

Bu isə indiyədək ənənəvi lens istifadə edən kamera və teleskoplardan 100 dəfə daha dəqiq görüntülənmə deməkdir.