Uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkən “Victoria”s Secret” mələyi Byanka Baltini yeni fotolarını paylaşıb.
Maya.news xəbər verir ki, 40 yaşlı italiyan model həyatının ən çətin dövründə olduğunu bildirib.
Fotolarda Baltinin saçlarını keçəl qırxdırdığı görünür.
Baltini saçlarının tökülməsinə görə kədərlənmədiyini, əksinə, gözəllik stereotiplərini qırdığı üçün özünü azad hiss etdiyini deyib.
Qeyd edək ki, ötən il şiddətli qarın ağrısı səbəbindən xəstəxanaya gedən model 3-cü mərhələli yumurtalıq xərçənginə yoluxduğunu öyrənib.
Xərçəng onun limfa düyünlərinə, qaraciyərinə və dalağına da yayılıb.
Buna baxmayaraq Baltini həyatda qalmaq üçün mübarizəsini davam etdirir.




