Fransada yaşayan 47 yaşlı Qael Engel adlı qadın üçüncü dəfə karusellə evlənib.
Maya.news xəbər verir ki, bu barədə o, “Jam Press” portalına açıqlama verib.
Obyektofiliyadan əziyyət çəkən Qael ilk dəfə 2023-cü ildə “Gravity” adlı attraksionla evlənib.
Bu evlilik il yarım davam edib.
Karuseldə başqa bir qadın olduqdan sonra isə Qael bu evliliyi bitirib.
Qael ikinci dəfə uşaq attraksionu “Tornado” ilə evlənib.
Ancaq “Tornado” satılıb və Qael boşanmağa məcbur olub.
Bir müddət sonra isə fransız qadın “Experience” adlı atraksionla eşq yaşamağa başlayıb.
Qael indiki münasibətinin dostluqdan başladığını, daha sonra isə sevgiyə çevrildiyini bildirib.