Son dövlər futuristik memarlıq abidələri ilə fərqlənən Dubayda Eyfel qülləsinin və Sultanahmet məscidinin müasir versiyaları inşa olunacaq.
Maya.news xəbər verir ki, tarixi abidələrin oxşarları yeni salınacaq 20 milyon m² əraziyə malik şəhərcikdə olacaq.
Abidələrin ətrafında turistik mərkəzlər yaradılacaq, yaşıllıq sahələri salınacaq və lüks binalar tikiləcək.
Layihənin gələcək 4 il ərzində tamamlanması gözlənilir.
Qeyd edək ki, layihəni inşa edən “Bahria Town” şirkəti daha əvvəl Pakistanın Karaçi şəhərində də Eyfel qülləsinin oxşarını inşa edib.