spot_img
Ana səhifəGÜNDƏMBİZNES2 dəqiqədən artıq tualetdə qalanın maaşından kəsiləcək

2 dəqiqədən artıq tualetdə qalanın maaşından kəsiləcək

spot_img

Çində bir şirkət qeyri-adi qərarla dünya gündəminə gəlib.

Maya.news xəbər verir ki, şirkətin tətbiq etdiyi “tualet siyasəti” nəticəsində 2 dəqiqədən artıq tualetdə qalanın maaşından kəsiləcək.

Əgər hər hansı bir işçinin sağlamlıq problemi varsa və bu səbəbdən tualetdə artıq vaxt keçirirsə, bu barədə şirkətin İnsan resursları şöbəsinə bildirməli və müvafiq qaydada icazə almalıdır.

Şirkət tualetlərin giriş hissələrinə kameralar yerləşdirərək işçiləri yoxlamağa başlayıb.

Tualetdə 2 dəqiqədən artıq vaxt keçirən şəxslər üçün cərimə məbləği isə 100 yuan (təxminən 23,33 AZN) müəyyənləşdirilib.