Xəyanət qalmaqalları ilə gündəmdən düşməyən “Qalatasaray”ın argentinalı hücumçusu Mauro İkardi ilə Vanda Nara rəsmən boşanıblar.
Maya.news xəbər verir ki, cütlüyün uşaqlarına qəyyumluq və əmlak bölgüsü ilə bağlı razılaşması barədə məlumat hələ ki, açıqlanmayıb.
Qeyd edək ki, Mauro İkardi ilə Vanda Nara 2014-cü ildə ailə qurublar.
Onların bu evlilikdən iki qızı var.
Vanda Nara hələ boşanmadan əvvəl reper L-Qante ilə eşq yaşamağa başlayıb.
Vandadan ayrılan İkardi isə hazırda Çina Suareslə münasibətdədir.