Son 5 il ərzində Novruz, Bayram və Bahar adları ümumilikdə 869 uşağa verilib.
Maya.news xəbər verir ki, bu barədə məlumat Ədliyyə Nazirliyinin rəsmi göstəricilərində qeyd olunub.
Qeydə əsasən 109 uşağa Novruz, 141 uşağa Bayram, 619 uşağa isə Bahar adı qoyulub.
Qeyd edək ki, bu adlar əsasən Novruz bayramı ərəfəsində doğulan uşaqlara verilir.