İvs Adams adlı fotoqraf təbiətdə nadir rast gəlinən qızılı rəngli pinqvinin fotosunu çəkməyi bacarıb.
Maya.news xəbər verir ki, standart ağ-qara rəngli pinqvinlərdən fərqli olaraq qızılı pinqvində leukizm adlandırılan genetik mutasiya baş verib.
Rəng dəyişikliyi də bu mutasiya nəticəsində yaranıb.
Pinqvinlərin ağ-qaradan fərqli rənglərdə olması onları vəhşi təbiətdə qorumasız vəziyyətə salır.
Onlar fərqləndiklərinə görə, yırtıcılar tərəfindən asan seçilir və şikara çevrilir.

