spot_img
Ana səhifəGÜNDƏMXƏBƏRLƏRAnası öldükdən sonra özünü anasına bənzədib 2 il pensiya aldı

Anası öldükdən sonra özünü anasına bənzədib 2 il pensiya aldı

spot_img

Türkiyədə Şerafettin Gencel adlı şəxs anası 2003-cü ildə öldükdən sonra özünü anasına bənzədərək 2 il ərzində pensiya alıb.

Maya.news xəbər verir ki, hadisə ölkənin Balıkesir şəhərində baş verib.

Şerafettin anasının ölümünü hər kəsdən gizlədib və onu evin altında basdırıb.

O, anasının geyimlərini geyinərək, onun yerişini təqlid edərək 2 il ərzində anasının yaşlılıq pensiyasını almağı bacarıb.

Hadisənin üstü 2005-ci ildə Şerafettinin bir qohumunun polisə məlumat verməsi ilə açılıb.

“Fırıldaqçılıq” və “İcazəsiz dəfn etmə” maddələri ilə ittiham olunan Şetafettin 18 ay həbs cəzası alır.

O, cəzasını çəkib və hazırda həyatına davam edir.