Qadınlara qapı açılması ənənəsinin kökü ovçuluq və yığıcılıqla məşğul olan insan cəmiyyətlərinə qədər uzanır.
Maya.news xəbər verir ki, ilk insan cəmiyyətlərində kişilər qadınlardan daha güclü olduqlarına görə qoruma vəzifəsi də onlara məxsus olub.
Qapı açma ənənəsinin kökü qadınlar mağaraya daxil olarkən kişilərin onları müşayiət etməsinə və təhlükəsiz şərait yaratmasına dayanır.
Orta əsrlərdə isə cəngavərlər “Əvvəlcə qadınlar” qışqıraraq qadınların yolunu açıblar. Həmçinin o dövrdə də qadınlar qapalı yerə daxil olduqda kişilər qapını açıb və içərinin təhlükəsiz olduğunu yoxlayıblar.
Avtomobillərin istehsalı və populyarlaşması nəticəsində isə bu ənənə avtomobilə minən və ya avtomobildən düşən qadınlara da şamil olunmağa başlayıb.
Qadın-kişi bərabərliyi anlayışının güclü olduğu indiki dövrdə isə bu ənənəni cinsiyyət ayrı-seçkiliyi kimi görən insanlar da var.
Onlar bu hərəkətin qadınları zəif göstərdiyini və kişi dominantlığını dəstəklədiyini bildirirlər.