Asiyanın ən yaşıl şəhəri olan Sinqapurda binaların daxili həyətlərində belə yaşıllıq əraziləri salınır.
Maya.news xəbər verir ki, bura həm də qadağaları ilə məşhurdur.

Belə ki, saqqız çeynəmək, zibili yerə atmaq, küçəyə tüpürmək, küçədə sudan başqa bir içki içmək ən məşhur qadağalardandır.

Fərqli mədəniyyətlərin birləşmə nöqtəsi olan Sinqapurda parklar, bağçalar və yaşıllıq ərazilər xüsusi əhəmiyyətə malikdir.

Kiçik bir ada ölkəsi olmasına baxmayaraq memarlıqda müasir tərzlərə üstünlük verən Sinqapur təbiətlə ən yaxşı harmoniya yaradan ölkələrdən biridir.
