Bəzi əşyalar var ki, onlar adi bir əşya hesab olunmurlar. Bu əşyalara minlərlə, hətta milyonlarla pul xərclənir.
Maya.news müxtəlif hərraclarda satılan və məşhurlara məxsus əşyaları təqdim edir:
Merlin Monronun sinə rentgeni
Məşhur aktrisa, model və müğənni Merlin Monronun 1954-cü ildə bir xəstəxanada çəkdirdiyi sinə rentgeni 45 000 dollara satılıb.

Castin Biberin saçı
Onun Ellen DeGeneresə hədiyyə etdiyi bir neçə saç teli 40 668 dollara satılıb.

Con Lennonun dişi
Əfsanəvi musiqiçi Con Lennonun xadiməsinə verdiyi azı dişi illər sonra kanadalı bir diş həkimi tərəfindən 31 000 dollara satılıb.

Ledi Qaqanın taxma dırnağı
Müğənninin səhnələrinin qurulmasında iştirak edən bir işçi onun taxma dırnağını illər sonra 12 000 dollara satıb.

Skarlet Yohansonun istifadə etdiyi salfet
Aktrisanın 2008-ci ildə bir TV proqrama qatıldığı zaman burnunu sildiyi salfet hərracda 5 300 dollara satılıb.
