Dünya avtomobil istehsalçılarının ən populyar nəqliyyat vasitələrinin adları açıqlanıb.
Maya.news xəbər verir ki, bu barədə Britaniyanın “Autocar”nəşri reytinq siyahısı dərc edib.
Siyahı hazırlanarkən avtomobillərin tirajları nəzərə alınıb.
Siyahının ilk pilləsində 51 milyon nüsxədən çox satılan “Toyota Corolla”, ikinci pilləsində isə 43 milyon avtomobili satılan “Ford F-Series” pikapı qərarlaşıb.
İlk üçlüyü “Volkswagen Golf” tamamlayıb.
Sovet istehsalı olan VAZ-2105 və VAZ-2107 avtomobilləri isə yeddinci yeri tutub.