spot_img
Ana səhifəİDMANUEFA Çempionlar Liqası: "Arsenal" PSJ ilə, "Bayer Leverkuzen" isə "Milan"la üz-üzə

UEFA Çempionlar Liqası: “Arsenal” PSJ ilə, “Bayer Leverkuzen” isə “Milan”la üz-üzə

spot_img

Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin II turunun oyunlarına start veriləcək.

Maya.News, xəbər verir ki, II turun ilk oyun günündə doqquz görüş keçiriləcək.

“Zalsburq” “Brest”lə, “Ştutqart” isə “Sparta Praqa” ilə saat 20:45-də qarşılaşacaq.

“Arsenal” PSJ ilə, “Barselona” “Yanq Boyz”la, “Bayer Leverkuzen” “Milan”la, “Borussiya Dortmund” “Seltik” ilə, “İnter” “Srvena Zvezda” ilə, PSV “Sportinq”lə, “Slovan Bratislava” isə “Mançester Siti” ilə qarşılaşacaq. Görüşlər Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, turun digər görüşləri oktyabr ayının ikisində keçiriləcək.

1 oktyabr 

UEFA Çempionlar Liqası 

II Tur 

Saat 20:45, “Zalsburq” – “Brest”

Saat 20:45, “Ştutqart” – “Sparta Praqa”

Saat 23:00, “Arsenal” – PSJ

Saat 23:00, “Barselona” – “Yanq Boyz”

Saat 23:00, “Bayer Leverkuzen” – “Milan”

Saat 23:00, “Borussiya Dortmund” – “Seltik”

Saat 23:00, “İnter” – “Srvena Zvezda”

Saat 23:00, PSV – “Sportinq”

Saat 23:00, “Slovan Bratislava” – “Mançester Siti”