Dünyanın müxtəlif mədəniyyətlərində istifadə edilən simvollar insanların inancını, həyat fəlsəfəsini və mənəvi dünyasını əks etdirir.
Maya.news xəbər verir ki, hər bir simvolun özünəməxsus mənası və tarixi var.
Aşağıda təqdim edəcəyimiz 7 məşhur simvol, müxtəlif mədəniyyətlərdə çox böyük dəyərə sahib olub hər biri dərin mənalar daşıyır.
1. Yin Yanq – Əksliklərin tarazlığı
Yin Yanq Uzaq Şərq fəlsəfəsində əksliklərin və tamamlayıcı qüvvələrin harmoniyasını simvollaşdırır. Bu simvol həyatın müxtəlif aspektlərini bir-birinə qarşı və eyni zamanda bir-birini tamamlayan tarazlıqda göstərir. Yin qadın, gecə və tünd rəngləri təmsil edərkən, Yanq günəş, kişi və açıq rəngləri simvolizə edir. Hər biri bir-birinin içində mövcuddur və birinin varlığı digərinin varlığına bağlıdır.

2. Lotus çiçəyi – Maariflənmə və dirilmə
Lotus çiçəyi xüsusilə Buddizm və Hinduizm mədəniyyətlərində maariflənmənin və spiritual oyanışın simvoludur. Bu çiçək palçıqlı sulardan çıxa bilən bir gözəlliyi təmsil edir və çətinliklərdən qalxma, həyatın təzələnməsi və yenidən doğulma mesajı verir. Lotus həm də bağışlamaq və şükür etmək mənasını daşıyır.

3. Hamsa simvolu – Qoruma və uğur
Hamsa simvolu “Fatimənin əli” olaraq da bilinir və qədim Mesopotamiyada yaranıb. İnsanları pis gözlərdən, şərdən və təhlükələrdən qoruduğuna inanılır. Hamsa uğuru və bərəkəti simvollaşdırır. Adətən bu simvol talisman olaraq istifadə olunur və evlərə təhlükəsizlik və ruzi gətirməsi arzusu ilə asılır.

4. Həyat çiçəyi – Universallığın sirləri
Həyat çiçəyi üst-üstə yerləşdirilən dairələrdən ibarət bir simvoldur və həyatın dərinliyini, kainatın yaradılışını təmsil edir. Bu simvol riyaziyyat, təbabət, musiqi və təbiət haqda müxtəlif anlayışları birləşdirir. Həyat çiçəyi insan həyatının və kainatın sonsuz və birləşmiş təbiətini simvollaşdırır.

5. Davud ulduzu – Kosmos və birlik
Davud ulduzu “Davudun qalxanı” olaraq da tanınır və iki üçbucağın üst-üstə düşməsindən yaranır. Bu simvol Tanrı ilə insan arasındakı əlaqəni və kişi ilə qadın arasında müsbət birliyi simvollaşdırır. Eyni zamanda bu ulduzun kosmosdakı altı istiqamətə – yuxarı, aşağı, şərq, qərb, şimal və cənub – işarə etdiyi inancı da mövcuddur.

6. Namaste – İlahi hörmət
Hindistanda “Namaste” sözü iki əllə edilən salamlaşma jesti ilə birlikdə istifadə olunur. Bu söz “Namah” (qarşınızda baş əyirəm) və “Aste” (olsun) sözlərindən yaranıb. Bu sözün əsl mənası isə aşağıdakı mesajı verir:
Mənim içimdə olan ilahi sənin içindəki ilahiyə hörmət edir

7. Spiral – Yaradılış və həyat enerjisi
Spiral qədim simvollardan biridir və həyatın təzələnməsi, məhsuldarlıq və enerji axışını simvolizə edir. Spiral bitkilərdən minerallara, hava və suya qədər müxtəlif həyat formalarında və təbiətdə görünür. Bu simvol həm də yaradılışın ilahi gücünü və həyatın başlanğıcını təmsil edir.
