Yaponiyanın “Akatsuki” adlı kosmik peyki Venera planetinin indiyə qədər çəkilmiş ən aydın fotosunu qeydə alıb.
Maya.news xəbər verir ki, alimlərin fikrincə bu görüntü planetin indiyədək çəkilmiş ən aydın fotosudur.
Foto Veneranın atmosferindəki hərəkətliliyi və planetin bulud strukturlarını əks etdirir.
Qeyd edək ki, “Akatsuki” süni peyki 2015-ci ildən bəri Venera planetinin orbitində fəaliyyət göstərir və planetin atmosferi ilə bağlı məlumatlar toplayır.
Bu yeni görüntünün Venera haqqında araşdırmalara mühüm töhfə verəcəyi bildirilir.
