spot_img
Ana səhifəGÖZƏLLİKOğlunun qanını özünə köçürərək gənc qalmağa çalışır

Oğlunun qanını özünə köçürərək gənc qalmağa çalışır

spot_img

“İnsan Barbie” ləqəbli 47 yaşlı Marsela İqlesias yaşlanma əleyhinə mübarizəsində yeni və mübahisəli üsul tətbiq edir.

Maya.news xəbər verir ki, o, gənc qalmaq üçün mütəmadi olaraq oğlunun qanını özünə köçürür.

Marsela indiyə qədər yaşlanmaya qarşı müxtəlif prosedurlara 100,000 dollardan çox pul xərcləyib. Lakin daha sonra oğlunun qanını köçürmənin daha təsirli ola biləcəyini düşünərək bu üsulu sınamağa başlayıb.

O, bu qərarı verən tək və birinci insan deyil. Daha əvvəl milyarder Brayn Conson da oxşar prosedurla oğlunun qanını özünə köçürmüş və nəticədə daha gənc görünüşü ilə diqqət çəkmişdi.

Bununla belə, qan köçürmənin hüceyrələrin gənc qalmasına təsir edib-etmədiyi elmi olaraq hələ də sübut edilməyib. Alimlər bu mövzuda araşdırmalarını davam etdirir.