spot_img
Ana səhifəGÜNDƏMTEXNOLOGİYAİnstaqramda mesajlaşdığınız şəxsin adını dəyişmək mümkündür

İnstaqramda mesajlaşdığınız şəxsin adını dəyişmək mümkündür

spot_img

“Instagram” yeni bir funksiyanı istifadəyə təqdim edib.

Maya.news xəbər verir ki, bu qeyri-adi funksiya vasitəsilə artıq mesajlaşdığımız şəxsin adını öz istəyimizə uyğun dəyişə bilərik.

“Yalançı ləqəb” adlanan bu funksiya ilə istifadəçilər istədikləri şəxsin adını fərdi şəkildə redaktə edə bilər. Dəyişiklik edildikdən sonra həmin şəxsdən gələn mesaj bildirişlərində də bu ad göstəriləcək.

Bu yenilik sosial media istifadəçiləri tərəfindən maraqla qarşılanıb.

Çox insan bu funksiyanın daha çox kişilərin işinə yarayacağını qeyd edib.

Qeyd edək ki, bu cür funksiya əvvəllər “WhatsApp” platformasında mövcud idi və istifadəçilər tərəfindən geniş istifadə edilirdi.