spot_img
Ana səhifəSAĞLAM HƏYATQİDALANMAQeyri-adi yemək fobiyaları

Qeyri-adi yemək fobiyaları

spot_img

Hər kəs yeməkdən zövq almır. Bəzi insanlar üçün yemək qorxu və narahatlıq mənbəyinə çevrilə bilər.

Maya.news insanlar arasında rast gəlinən ən qeyri-adi yemək fobiyalarını təqdim edir:

  • Sibofobiya: Yemək yemək qorxusu
    Bu fobiya insanın qida qəbul etməsini çətinləşdirir və ciddi sağlamlıq problemlərinə səbəb olur.
  • Mikofobiya: Göbələk qorxusu
    Göbələklərin görünüşü və ya dadı bəzi insanlarda qorxu hissi yaradır.
  • Geumofobiya: Dad alma qorxusu
    Yeni dadlar sınamaqdan çəkinən insanlar bu fobiyadan əziyyət çəkir.
  • Arakibutirofobiya: Fıstıq əzməsinin damaqda qalma qorxusu
    Bəzi insanlar fıstıq əzməsinin damaqda qalmasından və ona narahatlıq verməsindən qorxur.
  • İxtiyofobiya: Çiy balıq qorxusu
    Çiy balıq yemək və ona toxunmaq bəzi insanlar üçün qorxuludur.
  • Akerofobiya: Turş dad qorxusu
    Turş qidalar və içkilərdən qorxanların yaşadığı bir hissdir.

Bu fobiyalar qida ilə bağlı emosional və fiziki reaksiyaların nə qədər müxtəlif ola biləcəyini göstərir.