ABŞ-ın Kaliforniya ştatında baş verən genişmiqyaslı meşə yanğınları bir çox məşhur şəxsin evinə ciddi zərər vurub.
Maya.news xarici mənbələrə istinadən xəbər verir ki, yanğın nəticəsində müğənni və model Paris Hiltonun, eləcə də məşhur Leyton Mister və Adam Brodi cütlüyünün evləri yanıb.
Paris Hilton evinin yanması ilə bağlı xəbəri sosial media hesabında təsdiqləyib.
Leyton Mister və Adam Brodinin tamamilə məhv olan malikanəsinin dəyərinin 6,5 milyon dollar olduğu bildirilir.