İşıqforların işıqlarının sarı, yaşıl və qırmızı rənglərdə olması təsadüfi deyil və hər rəngin xüsusi bir mənası var.
Maya.news xəbər verir ki, qırmızı rəng təhlükə və xəbərdarlıq mənasını artıq min ildən çoxdur ki, ifadə edir. Bu rəngin ən uzun dalğa uzunluğuna malik olması onu uzaq məsafədən belə görməyi asanlaşdırır.
Sarı rəng isə diqqət mənasını verir və parlaq olması səbəbindən insanın tez dərk edə biləcəyi bir rəngdir.
Yaşıl rəng təbiətdə etibar və davamlılıq simvoludur. Bundan əlavə, yaşıl rəng insan gözünün ən rahat qəbul etdiyi rənglərdən biridir.