“Meta” şirkətinin rəhbəri, “Facebook” və “Instagram” sosial şəbəkələrinin və “WhatsApp” mesencerinin sahibi Mark Zukerberq Covid-19 pandemiyası dövründə sosial media platformalarında bəzi məlumatların bloklandığını etiraf edib.
Maya.news xəbər verir ki, Zukerberq bu barədə verdiyi açıqlamada Co Bayden hökumətinin nümayəndələrinin “Meta” işçilərinə təzyiq göstərdiyini bildirib.
“Pandemiya zamanı hökumət nümayəndələri Covid-19 və peyvəndlərlə bağlı paylaşılan məlumatların bloklanmasını və ya silinməsini tələb edirdi. İşçilərimizə zəng edib qışqırır və təhqir edirdilər” – deyə Zukerberq vurğulayıb.
O, Covid-19 peyvəndlərinin yan təsirləri ilə bağlı edilən paylaşımların sosial media platformalarında məhdudlaşdırıldığını təsdiqləyib.