Makiyaj tarixin müxtəlif dövrlərində dəyişikliklərə məruz qalıb. Hətta ötən əsr dəyişikliklər o qədər çox və sürətli baş verib ki, hər on illiyin özünəxas makiyaj trendləri olub.
Maya.news 1930-cu illərə xas makiyaj trendlərini təqdim edir:
Üz makiyajı
1920-ci illərin ağ dəri modası 1930-cu illərdə də davam edib. Qadınlar təbii görünüş əldə etmək üçün çəhrayı tonlu pudralara üstünlük veriblər.

Göz makiyajı
1930-cu illərin dəbinə görə kirpiklər uzun və qalın olmalı idi, bu səbəbdən saxta kirpiklərdən geniş istifadə olunub. Qadınlar gözlər üçün daha canlı və rəngli göz kölgələri yaradıblar. Onlar əsasən yasəmən, mavi, yaşıl rəngli göz kölgələrinə üstünlük veriblər.

Qaşlar
1930-cu illərdə incə qaşlar daha populyar olub. Bu cür görünüş əldə etmək üçün bəzən qaşlar tamamilə kəsilir və qələmlə çəkilirdi.
Dodaqlar
Açıq çəhrayı, narıncı və qırmızı çalarlı yumşaq dodaq boyalarından geniş istifadə olunub. 1920-ci illərin kiçildilmiş dodaqlarından fərqli olaraq 1930-cu illərdə xaricə doğru böyüdülmüş dodaqlar dəb halını alıb.

Saçlar
İki tərəfli yarım ay manikür, həmçinin qısa, düz və ya dalğalı saçlar o dövr qadınlarının ən çox seçdiyi trend olub.