36 yaşlı iranlı Sahar Tabar adlı qadının ən böyük arzusu Ancelina Coliyə bənzəmək olub.
Maya.news xəbər verir ki, o arzusunu reallaşdırmaq üçün 50 dəfə cərrahi əməliyyat keçirib.
2017-ci ildə Coliyə bənzəməyi qərara alan Tabar məqsədinə çatmaq üçün 1 il dieta saxlayıb. Nəticədə o, 40 kq çəki atıb. Daha sonra isə ardıcıl şəkildə cərrahi əməliyyatlara üz tutub.
Ancaq bütün prosedurlardan sonra o, Colidən daha çox “Ölü gəlin” animasiya filmindəki personaja bənzəyib.

Tabarın əzabı bununla da bitməyib. Belə ki, 2019-cu ildə o, İranda “dinə hörmətsizlik”, “əxlaqsızlığa təşviq”, “islami geyim qaydalarına hörmətsizlik”də ittiham edilərək həbs olunub. Məhkəmənin qərarı ilə azadlığa çıxdıqdan sonra Tabar Ancelina Coliyə bənzəmək istəməsi ilə bağlı iddiaları rədd edib. Çəkdiyi fotoların isə makiyaj və montaj nəticəsində ərsəyə gəldiyini bildirib.
Ancaq buna baxmayaraq o, “İranın Ancelina Coli”si ləqəbi ilə tanınır.