Bu qadın üzünün qırışmaması üçün 49 ildir ki, gülmür.
Maya.news xəbər verir ki, söhbət 59 yaşlı ingilis Tess Kristiandan gedir.
O, bu yaxınlarda verdiyi açıqlama ilə üzünün qırışmaması üçün 49 ildir gülmədiyini açıqlayıb.

Botoksu sevmədiyini deyən qadın qızını dünyaya gətirərkən belə gülümsəməyib.
O, bu yolla dərisinin və üz cizgilərinin daha canlı qaldığını deyir.
10 yaşından bəri gülümsəməyən Kristian üz əzələlərini idarə etməyi də öyrənib.

O, gülməməyin dəri üçün botoks və ya bahalı dəri kremlərindən daha faydalı və təsirli olduğuna inanır.
Ancaq gülümsəmədən və qəhqəhə atmadan keçən bir ömür nə qədər gözəl ola bilər?